Learn English

İngilis dili öyrənərkən: Reallıq

Mən ingilis dilini öyrənmək istəyirəm, həm də ən qısa zamanda » bir çox dil müəllimi kimi mənə də tez tez ünvanlanan müraciyətlərdir. Məhz bu səbəbdən aşağıdakı postu yazmaq qərarına gəldim.

Sizlərlə tələbələrin dil gözləntiləri və reallıqları müzakirə edəcəm.
1. Gözlənti: Dərsi tez tez götürək vaxtımdan getməsin, özüm evdə qalan hərşeyi edəcəm.
2. Reallıq: Hərşeyi evdə edən, özü sərbəst şəkildə öyrənə bilən tələbə niyə repetitora müraciət etsin ki? Tələbələr anlamalıdır ki, bir mövzuda təkcə sözlərin tərcüməsini götürməklə digərinə keçmək olmaz. Mövzu dərindən keçilməli, teoretik hissə ilə yanaşı praktika hissəsi ( mövzu üzrə danışıqlar, dinləmələr, əlavə lüğət bazası və s) icra olunmalıdır. Dərs komponentlərinin düzgün icra edilməməsi tələbənin dil öyrənmə prossesində boşluqlar qoyur və tələbə sonda nəticə almır. İngilis dili təkcə bir yığım sözün tərcüməsi deyil.
3. Gözlənti: Müəllim yanına getsəm ingilis dilini əla öyrənəcəm
4. Reallıq: Dil müəllimləri sizə dili daha asan şəkildə öyrədə, sizi düzgün istiqamətləndirə və öyrənmə prossesini asan və əyləncəli edə bilər. Lakin, mən həmişə öz tələbələrimə də deyirəm ki, bir dili həftədə 2-3 dəfə 90 dəq danışmaqla qısa şəkildə öyrənmək olmaz. Hazırlıq prossesini daha effektiv etmək üçün ingilis dili ilə mütəmadi, hər gün hazırlaşmalısız. Məqalələr oxuyun, günə əlavə 5-10 söz öyrənin, ingiliscə filmlər tapın, özünüz üçün speaking practice edin. Hazırlıq müəlliminizdən sizin üçün aylıq inkişaf planı tərtib etməyi xaiş edin və o plana əməl edin. Bu halda siz hazırlıqlarınızın effektini yüksəltmiş olacaqsınız.

5. Gözlənti: Çoxlu söz öyrənsəm ingilis dilini yaxşı biləcəm

6. Reallıq: Xeyr. Söz öyrənmək əlbəttə ki, sizə fikrinizi daha detallı
çatdırmağa kömək edəcək. Lakin, siz cümləni qurmaq üçün lazım olan strukturu bilmirsizsə və ya dinləmə praktikanız azdırsa qarşınızdakı şəxsi anlamırsınızsa bu dili necə yaxşı bilmiş sayılarsınız?
7. Gözlənti: Kursa başlasam heçbir çətinliyim olmayacaq!

8. Reallıq: Xarici dil öyrənmək maraqlı və həyəcan verici bir prosses olsa da, unutmayın ki, hər bir dilin öz qanunauyğunluqları var. İlk başlarda çətinlikləriniz olacaq bir qədər,bir bölməni çox yaxşı qavradığınız halda digərini 2 dəfə oxumaq məcburiyyətində qala bilərsiz. Burada qavrama qabiliyyəti, həvəs və müəllimin düzgün tədris metodu da böyük rol oynayır. Ən başlıcası odur ki, ruhdan düşməyin. Sonda çəkdiyiniz hər bir əziyyətin bəhrəsini görəcəksiz. Həvəs, müəyyən qədər zəhmət və düzgün metodika ilə nəinki ingilis dilini, bütün dilləri öyrənə bilərsiz

WhatsApp chat