Haqqımızda

Enversonun gözündən…

İngilis dili öyrənmək vurma cədvəlini öyrnmək qədər asandır. Bizə görə Dil öyrənməyə dərs kimi yanaşmaq lazım deyil. İnsanın öz zövqlərinə, öz maraqlarına köklənərək dilin məntiqinə varmaq və danışığı refleksə çevirmək lazımdır. Bu gün Enverson bu metodu istifadə edir və artıq 100lərlə tələbə bundan faydalanır.

Enversonun hekayəsi…

Daha öncə ümumi kursların reytinqini hazırlamaq üçün bir araşdırma edildi. Bu araşdırma nəticəsində tələbələr hansı kursun 1ci hansı kursun 2 ci yerdə olduğunu və nə üçün həmin yerdə olduğunu görə biləcək və müraciət edə biləcəkdi. Araşdırmanın nəticələri təəccübləndirici idi. Kursların təxminən 95% biznes xarakterli fəaliyyət göstərir və tələbələr bilmədən hansısa biznesin qurbanı olurlar.

1 aylıq proqramın müəllimdən 3 aya keçilməsini tələb etmək, müəllimdən beynəlxalq sertifikata (İELTS, TOEFL) sahib olduğunu saxta şəkildə deməsini tələb etmək, başqa qruplarda yer olmadığı üçün tələbənin uyğunsuz qrupa təyin etmək və daha bir çox biznes tələləri.

Bütün mənfi və müsbət cəhətləri asanlıqla görür və bir insanın həqiqətən haqqı olduğu şəkildə bir kurs qurulmağa qərar verilir.

Enverson Ailəsi

Komanda ilə tanış olun.

İşi mütəxəssislərinə etibar edirik.

Çinarə Məmmədzadə

Dərslər üzrə Koordinator

Aslan Məmmədli

Proqram Məsləhətçisi

Saleh Süleymanlı

Öyrənmə həlləri üzrə mütəxəssis

Növbəti addım…

Əgər ailəmizə qoşulmaq istəyirsənsə bizə CV və Motivasiya məktubunu göndər.

WhatsApp chat