Uncategorized

Classroom Vocabulary

Bu yazıda Classroom vocabulary yəni sinifdə,dərsdə istifadə edə biləcəyiniz mümkün söz, birləşmə və cümlələrli sizlər üçün hazırladıq.

Here they are:

Brainstorm-beyin fırtınası
tək və ya başqaları ilə müəyyən mövzu haqqında lazım olan nəticəyə gəlmək üçün beyinin mümkün potesialından istifadə edərək düşünmək

e.g., “If we all brainstorm, I’m sure that we can think of something.”
Əgər hamımız beyin fırtınası etsək, əminəm ki, bir şeylər düşünə biləcəyik.

Back out of-əvvəlcədən planlaşdırılmış,söz verilmiş bir şeyi etməmək
Türkcədə “caymak” sözünə uyğun gəlir.
Bizim dildə isə daha çox “fırlatmaq” sözünə. 🙂

e.g., “I’m going to have to back out of it tonight, I have too much homework.”
Bu axşamkı görüşü “fırlatmalı” olacam, çünki çoxlu ev tapşırığım var.

Carry on with-bir şeyi etməyi davam etdirmək

e.g., “We should carry on with our readings.”
Biz mütaliəmizə davam etməliyik.

Catch up -çatmaq,(bir növ dərsə bir neçə gün gəlməyib digər uşaqlardan geri qaldığınız zaman buraxdığınz dərsləri öyrənərək “onlara çatmaq” anlamında işlədilir.)

e.g., “I will have to read all night to catch up to the rest of the class.”
Sinifin qalanına çatmaq üçün bütün gecə oxumaıyam.

Come up with: ağlına fikir gəlmək

e.g., “I came up with the idea for the essay while on the subway.”
Metroda olarkən esse ilə bağlı ağlıma fikir gəldi.

                                 
                               sentences: 

•Can I help you? / Let me help you
-Sizə kömək edə bilərəm?

•I’m sorry I’m late
-Üzr istəyirəm gecikirəm

•I’ve almost finished
-Demək olar ki, bitirmişəm

•I haven’t finished yet
-Hələ də bitirməmişəm

•That’s all I can remember / That’s it
Xatırladığım sadəcə budur

•I haven’t done my homework
Ev tapşırığımı etməmişəm

•For question 5, I’ve written …
-5-ci suala (filan şeyi) yazmışam

•Is it correct to say …?
-…. demək düzgündür?

•I agree with you
-Səninlə razıyam

•That’s correct / That’s right
-Düzdür

•That’s wrong / That’s not correct
-Səhvdir

•I think there’s a mistake
-Məncə yanlışlıq var

•Instead of …, you should say …
-(filan şeyin) əvəzinə (filan şeyi) deməlisən

•Could you check my exercise please?
-Zəhmət olmasa ev tapşırığımı yoxlaya bilərsinizmi?

•Could you turn / switch on/off the light please?
-Zəhmət olmasa işığı yandıra/söndürə bilərsinizmi?

•Could you draw the curtains please?
-Zəhmət olmasa pərdəni bağlaya bilərsinizmi?

•See you tomorrow / See you on Monday
-Sabah görüşənədək/1-ci gün görüşənədək

•Have a nice weekend / Have a nice day / Have a nice holiday
-Xoş həftə sonu/Xoş gün/Xoş tətillər arzulamaq

WhatsApp chat