Uncategorized

Personality Idioms

Hello,English learners!

Bu yazıda müxtəlif insan tiplərini ifadə edən idiomlara nəzər salacıyıq.

HERE THEY ARE:

Nerd– hansısa elm sahəsi üzrə həddən artıq çox oxuyan,sosial olmayan insanlar barəsində deyilir.

Chatterbox- “çox danışan” “çərən” “gəvəzə” insanlara deyilir.

Your sister is a real chatterbox

-Sənin bacın əsl çərəndi.

Cold fish-Hərfi tərcümədə “soyuq balıq” kimi məna verir.

Soyuqqanlı, səmimi olmayan insanlar barəsində işlədilir.

I know people thought l was a real cold fish, but what could l do?

-İnsanların mənim soyuqqanlı olduğumu düşündüyünü bilirəm, ancaq nə edə bilərdim ki?

Party Animal– partilərdə iştirak etməyi sevən və tez-tez partilərdə iştirak edən insanlara deyilir.

•”l used to be a real party animal” he said.

5.Lone wolf– müstəqilliyinə, öz şirkətinin olmasına önəm verən, başqasının şirkətində işləməyi sevməyən birisi haqqında deyilir.

6.Dark horse-göründüyündən daha bacarıqlı olan insanlar haqqında işlədilir.

Yəqin hər birimizin yadına Katty Perry-nin eyniadlı mahnısı düşdü.
Linki yerləşdiririk ki, bir daha dinləyin:)

Bright spark– ağıllı, güclü zəkaya sahib insanlar haqqında deyilir.

Happy Camper -həmişə pozitiv, məmnun və xoşbəxt görünən insanlar barəsində işlədilir.

WhatsApp chat